Türkiyə və Oman arasında enerji sektorunda əməkdaşlığa dair Niyyət Memorandumu imzalanıb. Bu barədə SİA Maskatda səfərdə olan Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktarın sosial şəbəkələrdəki paylaşımına istinadla xəbər verir.
Türkiyənin Energetika Nazirliyinin rəhbəri Omanın energetika və mineral sərvətlər naziri Salim Nasser əl-Aufi ilə görüş keçirib.
“Türkiyə ilə Oman arasında enerji əməkdaşlığı istiqamətində, o cümlədən neft və qaz yataqlarının kəşfiyyatı sahəsində konkret addımlar üçün yol açılıb. Bərpaolunan enerji mənbələrinin potensialının açılması, enerji səmərəliliyinin artırılması və hidrogen enerjisinin inkişafı üzrə də birgə layihələr planlaşdırılır”, - deyə türkiyəli nazir qeyd edib.
A.Bayraktar yeni razılaşmaların hər iki ölkənin inkişafına töhfə verəcəyinə əminliyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə