ABŞ prezidenti Donald Tramp 50 gün ərzində Ukrayna ilə bağlı sülh razılaşması əldə olunmayacağı təqdirdə Rusiya və onun ticarət tərəfdaşlarına 100 faizlik gömrük rüsumları tətbiq edəcəyinə söz verib.
SİA-nın məlumatına görə, Reuters xəbər verir ki, bu barədə Amerika lideri NATO-nun baş katibi Marko Rutte ilə görüşündə bildirib.
...Rusiyanın hərəkətlərindən çox narazıyam. Əgər 50 gün ərzində razılaşma əldə olunmasa, biz ikinci dərəcəli sanksiyalar tətbiq edəcəyik - bu qədər sadədir. Və bunlar ən azı 100 faizlik tariflər olacaq.
Ağ Evin rəhbəri hədələyib.
Tramp həmçinin Moskvanı Ukrayna böhranının həlli ilə bağlı guya “boş danışmaqda” ittiham edib.
İyulun 2-də Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, ABŞ Rusiya artıq istənilən təzyiqə uyğunlaşdığını dərk etməlidir.
O, qeyd edib ki, Qərbdə “bəzi tədbirlər” və məhdudiyyətlər dayanmadan aradan qaldırılır və Moskvaya qarşı davamlı tədbirlər həyata keçirilir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə