İndoneziyada 6,7 bal gücündə zəlzələ baş verib

İndoneziyanın Maluku əyaləti sahillərində 6,7 bal gücündə zəlzələ baş verib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Geoloji Xidməti episentri Maluku əyalətinin Tual şəhərindən təxminən 180 kilometr cənub-qərbdə olan zəlzələnin təxminən 65,7 kilometr dərinlikdə qeydə alındığını bildirib.

Zəlzələdə insan və mal itkisi qeydə alınmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə