Böyük Britaniya hökuməti çətin şəraitdə yaşayan ailələrə və uşaqlara dəstək məqsədilə 500 milyon funt sterlinq (təxminən 675 milyon ABŞ dolları) dəyərində “Daha Yaxşı Gələcək Fondu”nun yaradıldığını elan edib. SİA “Reuters”ə istinadla xəbər verir ki, növbəti 10 il ərzində həyata keçiriləcək bu təşəbbüslə 200 minədək aztəminatlı uşağın təhsilə çıxışı genişləndiriləcək, onların təhlükəsiz yaşayış mühitinə sahib olmaları təmin ediləcək və ailələrə dəstək göstəriləcək.
Maliyyə naziri Reyçel Rivz əlavə olaraq bu təşəbbüs üçün yerli idarəetmələrdən, sosial investorlardan və xeyriyyəçilərdən daha 500 milyon funt sterlinq cəlb etmək planlaşdırıdığını açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə