Almaniyanın hakim koalisiyası rəqib partiyadan olan konstitusiya hakimi namizədini təsdiqləməkdən imtina edərək özünə ziyan vurub.
SİA-xəbər verir ki, bu barədə ölkə prezidenti Frank-Valter Ştaynmayer ZDF telekanalına müsahibəsində bildirib.
Bu həftə Bundestaq Federal Konstitusiya Məhkəməsinə üç hakim təyin etməli idi.
Bununla belə, CDU/CSU koalisiyası SPD-nin namizədi Frauke Brosius-Gersdorffun səsvermədən kənarlaşdırılmasını tələb edib.
O, doktorluq dissertasiyasını yazarkən plagiatda və həddindən artıq liberallıqda ittiham olunurdu.
Sosial Demokratlar buna cavab olaraq hakim blokun böhtanla məşğul olduğunu və PR texnologiyalarından istifadə etdiyini bəyan ediblər.
“Artıq aydındır ki, koalisiya istənilən halda özünə zərər verib”, - deyə Ştaynmayer yekunlaşdırıb. O, konstitusiya məhkəməsinin hakimlərinin tezliklə seçilməsinə çağırıb.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə