Türkiyədə kütləvi zəhərlənmə oldu

Türkiyədə kütləvi zəhərlənmə oldu

Türkiyənin Aydın vilayətində yerləşən kağız fabrikində təxminən 50 işçi qida zəhərlənməsi şübhəsi ilə xəstəxanalara müraciət edib. SİA xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb. Məlumata görə, tibbi briqadaların müdaxiləsindən sonra bütün işçilər evə buraxılıb. Məsələ ilə bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə