Makronun arvadı III Çarlzın qarşısında ərinin əlini tutmaqdan imtina edib...
Fransa prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit arasındakı münasibət növbəti dəfə geniş kütlələrin diqqətini çəkib.
Böyük Britaniyaya səfəri zamanı birinci xanım nümayişkaranə şəkildə ərinin əlini tutmaqdan imtina edib. Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit nümayişkaranə şəkildə ərinin əlini tutmaqdan imtina edib.
SİA-nın məlumatına görə, bu, Böyük Britaniyaya səfəri zamanı baş verib.
Qeyd olunur ki, birinci xanım kral III Çarlzın qarşısında Makronu aşağılayıb.
İnternetdə Makron və Bricitin Keyt Middlton, Şahzadə Uilyam və Kraliça Kamilla ilə birlikdə kralın yanında gəzişməsinin görüntüləri yayılıb.
Birdən Bricit addımlarını sürətləndirdi və Makron onun əlindən tutmağa çalışdı. Lakin birinci xanım onun əlini çəkdiyi üçün bunu edə bilmir.
Bu arada Bricitin Makronun əlini tutmaqdan imtina etməsi ilk dəfə deyil.
Çərşənbə axşamı prezident təyyarəsi Northolt hərbi bazasına çatanda Bricit də ərinin uzadılmış əlini qəbul etməyib, tutacaqa söykənərək aşağı enməyə başlayıb.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə