Rusiya ordusu bu gecə, iyulun 12-də qanadlı raketlər və kamikadze pilotsuz uçuş aparatları ilə Çernovtsı vilayətinə hücum edib. Evlərə və avtomobillərə ziyan dəyib, ölən və yaralananlar var. SİA bu barədə Çernovtsı Vilayət Dövlət Administrasiyasının rəhbəri Ruslan Zaparanyukun “Telegram” kanalıına istinadla xəbər verir.
“Sübh çağı ruslar 4 "Şahed" pilotsuz uçuş aparatı və 1 raketlə bölgəmizə hücum etdi. Təəssüf ki, düşmənin hücumu zamanı mülki obyektlərin vurulması nəticəsində 4 nəfər - 26 yaşlı qız və 43 yaşlı kişi, təxminən 45 yaşlı qadın və 65 yaşlı kişi həlak olub”, -deyə vilayət administrasiyasının başçısı deyilib.
O, həmçinin əlavə edib ki, daha 2 nəfər ağır yaralanıb. Zaparanyuk bildirib: “Həkimlərimiz indi onların həyatları üçün mübarizə aparırlar. Bir qadının vəziyyəti çox ağırdır. Həmçinin 10 nəfər yüngül xəsarət alıb. Onlara yerindəcə tibbi yardım göstərilib. Bundan əlavə, Çernovtsıda bir neçə yaşayış binası, mağaza, inzibati obyekt və avtomobillərə ziyan dəyib.
Administrasiya rəhbəri əlavə edib: “Bizim Storojinets icmasında da zərərlər var. Düşmən PUA-sının vurması nəticəsində yaşayış binasına və avtomobilə ziyan dəyib. Tələfat və xəsarət alan olmayıb. Bütün müvafiq xidmətlər hadisə yerində işləyir”.
Qeyd edək ki, Rusiya ordusu bu gün, iyulun 12-də gecə saatlarında kamikadze pilotsuz uçuş aparatları və müxtəlif tipli raketlərlə Ukraynaya hücum edib. Ölkənin mərkəzi, şimal və qərb rayonları bu hücuma məruz qalıb.
Xüsusən də Lvov şəhəri böyük bir dron hücumuna məruz qalıb. Onlardan birinin düşdüyü yaşayış binasının girişi dağılıb. Qaz və su sızması da olub. Digər nəticələrlə yanaşı, Jeleznodorojnı rayonunda qeyri-yaşayış binasının dam örtüyü yanıb, daha bir neçə evə, həmçinin uşaq bağçasına ziyan dəyib.
Partlayış səsləri Lutskda da eşidilib. Bu şəhərdə yanğın baş verib, bir şəxsi ev tamamilə məhv edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə