...SİA-nın əldə etdiyi məlumata görə, Fransanın “Le Monde” qəzeti yazır ki, Avropa Komissiyasında işləyən tərcüməçi Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıqları lentə aldığı üçün casusluqda şübhəli bilinərək akkreditasiyasından məhrum edilib.
Söhbət 2024-cü il dekabrın 19-da Avropa İttifaqı liderlərinin Zelenskinin iştirak etdiyi Brüssel görüşündən gedir.
Le Monde yazır ki, bu, bağlı qapılar arxasında baş verib: orada yalnız dövlət başçıları iştirak edirdi və tərcüməçilərə hər hansı yazılı qeydlər götürmək qəti qadağan idi.
Danışıqlar zamanı çex tərcüməçiləri görüblər ki, onların Ukrayna dilindən tərcüməyə cavabdeh olan həmkarı söhbəti lentə alır.
Bu barədə təhlükəsizlik xidmətinə məlumat verilib, o, tərcüməçidən materialları müsadirə edib və onu binadan qovub.
Həmin gün hadisə ilə bağlı araşdırma başlayıb.
Tərcüməçinin akkreditasiyası ləğv edilib və onun Avropa Komissiyasının binalarına girişi də qadağan edilib.
Daxili araşdırmanın nəticələri Belçikanın səlahiyyətli orqanlarına ötürülüb və onlar istintaqın davam edib-etmədiyini və hadisənin casusluq kimi təsnifləşdirilə biləcəyini müəyyən edəcəklər.
Le Monde-a şərhində Avropa Komissiyası hadisəni təsdiqləyib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə