Moskva polisi beş “qara bankiri” saxlayıb...

...Moskvada biznes dövriyyəsi milyardlarla ölçülən kölgə bankirləri saxlanılıb. Qanunu pozanların ofislərində və evlərində aparılan axtarışlar zamanı bütün şahidlərdən daha çox kölgə sxemləri haqqında danışan rabitə vasitələri, kompüter avadanlığı, möhür və sənədlər götürülüb.

SİA rus saytlarına istinadən xəbər verir ki, istintaqın məlumatına görə, cinayətkarlar ötən ilin yayından lisenziyasız bank əməliyyatları aparıblar.

Müxtəlif maliyyə xidmətləri göstərmək üçün onlar nəzarət edilən hüquqi şəxslərdən istifadə edirdilər.

Müştərilərdən ən azı 11 faiz komissiya tutulurdu.

...Mütəşəkkil dəstənin 5 üzvü saxlanılıb. Onlar xüsusilə külli miqdarda gəlir əldə etməklə bağlı qeyri-qanuni bank fəaliyyətində şübhəli bilinirlər. Cinayət fəaliyyətindən əldə olunan gəlir 291,5 milyon rubldan çox olub.

Bunu Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk deyib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə