Turistlərin olduğu təyyarə yaşayış binalarının yaxınlığında dağlara çırpılıb

...İyulun 9-da səhər saatlarında göyərtəsində üç turistin olduğu kiçik təyyarə Fransanın Alp dağlarında qəzaya uğrayıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, hadisə Chambery hava limanı yaxınlığında baş verib və Daily Mail-in dərc etdiyi videoda lentə alınıb.

Kadrlarda təyyarənin burnu aşağı düşdüyü, yaşayış binalarının yaxınlığında yerə çırpıldığı və uçaraq dağıntıları səpələdiyi görünür.

İlkin məlumata görə, təyyarədə iki qadın və bir kişi olub, onların hamısı ölüb.

Fəlakətin səbəbləri hələ müəyyən edilməyib; yerli hakimiyyət orqanları və aviasiya xidmətləri araşdırmaya başlayıb. Yaşayış sahəsinə yaxınlığı nəzərə alınarsa, faciə daha çox insan tələfatı ilə nəticələnə bilərdi, lakin xoşbəxtlikdən yerdə olan heç kim xəsarət almayıb.

Mütəxəssislər qəzanın dəqiq səbəbini müəyyən etmək üçün uçuş registratorlarından və müşahidə kameralarından alınan məlumatları təhlil edəcəklər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə