Rusiya Silahlı Qüvvələrinin bu yaxınlarda Ukraynanın paytaxtı Kiyevə endirdiyi rekord zərbə Moskvanın Qərbə atdığı strateji çağırış kimi qiymətləndirilir.
SİA-nın məlumatına görə, bu barədə politoloq Sergey Markov Telegram kanalında bildirib.
O qeyd edib ki, bu genişmiqyaslı əməliyyatın hədəfi Ukraynanın hərbi-sənaye kompleksinin əsas obyektləri və hərbi aerodrom infrastrukturunun mühüm elementləri olub.
Xatırladaq ki, Kiyevdə hava hücumu xəbərdarlığı təxminən on saat davam edib və bu müddət ərzində ruslar təkcə pilotsuz təyyarələrdən deyil, həm də ballistik raketlərdən istifadə ediblər.
Güclü partlayışlar nəticəsində şəhərdə azı dörd yanğın baş verib: biri Dnepr çayının sol sahilində, üçü isə sağda.
Sergey Markov vurğulayıb ki, yüzdən çox pilotsuz uçan aparatdan istifadə olunmaqla belə genişmiqyaslı hücum Avropa dövlət başçılarının Ukraynaya hərbi yardımı müzakirə edən mühüm görüşü ərəfəsində həyata keçirilib.
Onun fikrincə, belə rekord qıran zərbələr çox vaxt mühüm beynəlxalq tədbirlərdən əvvəl baş verir ki, bu da Rusiyanın öz gücünü və qətiyyətini nümayiş etdirmək niyyətindən xəbər verə bilər.
...Jurnalist Vladimir Solovyov da bildirib ki, Ukrayna monitorinq xidmətlərinin məlumatlarına görə, Kiyevə bu zərbə xüsusi hərbi əməliyyatın bütün tarixində ən güclü zərbədir.
Onu da xatırladaq ki, bundan əvvəl Rusiya Silahlı Qüvvələri Ukrayna Hərbi Dəniz Qüvvələrinin neft terminalını vurmuşdu.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə