Hindistanda ölənlərin sayı 85-ə çatıb

Hindistanın şimalındakı Himaçal-Pradeş ştatında leysan yağışların səbəb olduğu daşqın, torpaq sürüşməsi və yol qəzaları nəticəsində ölənlərin sayı 85-ə çatıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, "Hindustan Times"ın məlumatına görə, ölkənin Himaçal-Pradeş əyalətində iyunun 20-dən bəri davam edən təsirli musson yağışları can və mal itkisinə səbəb olmaqda davam edir.

Təbii Fəlakətlərin İdarə Edilməsi üzrə Dövlət Mərkəzi güclü musson yağışlarının səbəb olduğu sel, torpaq sürüşməsi və qəfil leysan nəticəsində ölənlərin sayının 54-ə yüksəldiyini açıqlayıb. Açıqlamada həmçinin bildirilir ki, daşqınlar, torpaq sürüşmələri və qəfil leysan yağışları nəticəsində baş verən yol qəzalarında ölənlərin sayı 31 nəfərə çatıb. Açıqlamada qeyd olunub ki, ştatda 204 yol nəqliyyat üçün bağlanıb, sel suları aparanların axtarış-xilasetmə işləri davam edir. İyun-sentyabr aylarında Cənubi Asiyaya təsir edən musson yağışları, xüsusilə Hindistanda hər il böyük təbii fəlakətlərə və qəzalara səbəb olur.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə