ABŞ-ın Texas ştatında baş verən daşqınlar nəticəsində ölənlərin sayı 119-a çatıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Texas ştatının Kerr qraflığındakı yerli mənbələr iyulun 4-də yağan güclü yağışlar nəticəsində baş verən sel fəlakətində ölənlərin sayı ilə bağlı açıqlama yayıb.
Səlahiyyətlilər daşqınlarda ölənlərin sayının 119-a çatdığını, axtarış-xilasetmə işlərinin davam etdiyini açıqlayıb. Səlahiyyətlilər Kerr bölgəsinin ən ağır itkiyə məruz qaldığını, 36-sı uşaq olan 95 nəfərin həyatını itirdiyini bildirib.
İyulun 4-də ABŞ-ın cənubundakı Texas ştatında qəfil yağan güclü yağış Kerr bölgəsindəki Qvadalupe çayını aşaraq daşqınlara səbəb olub. Texas qubernatoru Gregg Abbott, X hesabında yazdığı bir yazıda, dağıdıcı daşqınlarla mübarizə üçün bütün resursları səfərbər etdiklərini söyləyib. Yerli rəsmilər fəlakət bölgəsində 50 minə yaxın insanın olduğunu və axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə