Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinə yeni rəhbər təyin edilib

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fahrettin Altun Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri vəzifəsinə təyin edilib. SİA xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri vəzifəsi ölkənin xarici işlər nazirinin müavini professor Burhanettin Durana həvalə edilib.

Qeyd olunan vəzifə dəyişiklikləri Prezident Rəcəb Tayyib Ərdoğanın imzaladığı sənədə əsasən, rəsmi qəzetdə - “Resmi Gazete”də dərc olunaraq qüvvəyə minib.

Bütün xəbərlər Facebook səhifəmizdə