ŞƏT üzvləri transsərhəd marşrutların yaradılması, viza rejimlərinin liberallaşdırılması və hava nəqliyyatının genişləndirilməsi barədə razılığa gəliblər.
Burada dağ və kruiz turizminin inkişafına xüsusi diqqət yetirilir.
SİA-nın məlumatına görə, Çindaoda keçirilən görüşdə ŞƏT ölkələrinin turizm departamentlərinin rəhbərləri turizm sahəsində birgə layihələrin hazırlanması planlarını müzakirə ediblər.
Görüşdə transsərhəd marşrutların yaradılması və viza prosedurlarının sadələşdirilməsini təklif edilib.
İştirakçıları xüsusilə dağ və kruiz turizminin inkişaf perspektivləri, milli ödəniş sistemlərindən istifadənin genişləndirilməsi maraqlandırıb.
Bundan əlavə, ölkələr turizm sənayesi üçün kadr hazırlığı da daxil olmaqla sənaye standartlarının uyğunlaşdırılması barədə razılığa gəliblər.
Mədəni mübadilə çərçivəsində Qırğızıstanın Çolpon-Ata şəhərinin 2025-2026-cı illər üçün ŞƏT-in turizm və mədəniyyət paytaxtı statusu dəstəklənib.
Bu təşəbbüslər iştirakçı ölkələr arasında turist axınını artırmaq və səyahət edənlər üçün yeni imkanlar yaratmaq məqsədi daşıyır.
Viza rejiminin sadələşdirilməsi və hava nəqliyyatının genişləndirilməsi səyahətləri daha əlçatan etməli, birgə turizm məhsulları turistləri ŞƏT regionunun unikal təbii və mədəni məkanlarına cəlb etməlidir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə