Cənubi Koreyada həddindən artıq istilər davam edərkən, mayın 15-dən bəri 7 nəfər istidən ölüb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Yonhap xəbər agentliyinin məlumatına görə, Cənubi Koreya Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Agentliyi mayın 15-dən bu yana 1228 nəfərin istilik vurması şikayəti ilə xəstəxanalara müraciət etdiyini açıqlayıb.
Qeyd olunub ki, mayın ortalarından bu günə kimi kəskin istilər nəticəsində 7 nəfər həyatını itirib, ötən ilin müvafiq dövründə isə istidən dünyasını dəyişənlərin sayı 3 nəfər olub. Açıqlamada, həddindən artıq istilərlə bağlı əlamətlər səbəbilə dünən 238 nəfərin xəstəxananın təcili yardım xidmətlərinə müraciət etdiyi bildirilib. Ötən gün Cənubi Koreyanın Paju şəhərində havanın temperaturu 40,1 dərəcəyə, Qvanqmyonq şəhərində isə 40,2 dərəcəyə çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə