Diplomatik xidmət orqanları rəhbərlərinin IX müşavirəsinin Xankəndidə xüsusi sessiyası keçirilib - YENİLƏNİB 2 - FOTOLAR

Diplomatik xidmət orqanları rəhbərlərinin “Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar” mövzusunda IX müşavirəsinin Xankəndi şəhərində xüsusi sessiyası keçirilib. SİA xəbər verir ki, nümayəndə heyəti əvvəlcə Xankəndi şəhərinin mərkəzi hissəsi ilə tanış olub. Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşları onlara Xankəndi şəhərində həyata keçirilən quruculuq işləri barədə məlumat veriblər.

Diplomatik xidmət orqanlarının rəhbərləri sonra Qarabağ Universiteti ilə tanış olublar.

“Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar” mövzusunda diplomatik xidmət orqanlarının rəhbərlərinin IX müşavirəsinin Xankəndi şəhərində xüsusi sessiyası keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin rəhbər heyəti, xarici ölkələrdə akkreditə olunmuş diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşları iştirak ediblər.

Sonda universitetin İncəsənət fakültəsinin müəllim və tələbələrinin konserti olub.

Bütün xəbərlər Facebook səhifəmizdə