Təyyarənin mühərrikinə düşən insan haqqında ŞOK HƏQİQƏT

İtaliyanın Milan Berqamo-Orio al Serio hava limanında təyyarənin mühərrikinə düşərək dünyasını dəyişən şəxsin nə aeroport işçisi, nə də sərnişin olmadığı məlum olub. Mərhumun intihar etmək məqsədi ilə təyyarənin mühərrikinə yaxınlaşdığı ehtimal edilir. SİA xarici KİV-ə istinadən xəbər verir ki, rəsmi mənbələr Milan Berqamo-Orio al Seria hava limanında havaya qalxmağa hazırlaşan təyyarənin uçuş zolağına çıxan və mühərrikinə ilişən bir nəfərin öldüyünü açıqlayıb. Hadisədən sonra hava limanında uçuşlar müvəqqəti olaraq dayandırılıb.

İspaniyanın Volotea aviaşirkətinə məxsus Airbus A319 təyyarəsi Ovyedoya qalxmağa hazırlaşarkən geri itələmə manevri həyata keçirib, yəni dayanacaq yerindən uzaqlaşıb. Qurbanın şəxsiyyəti hələlik açıqlanmır. Lakin onun sərnişin və ya hava limanının əməkdaşı olmadığı bildirilir. İtaliya mətbuatı 35 yaşlı kişinin intihar etdiyini yazıb. Hadisə ilə bağlı rəsmi araşdırma davam edir və bu ehtimal artır.

Kişinin baqaj qəbulu sahəsindəki təhlükəsizlik qapılarından birindən eniş-enmə zolağına girə bildiyi və birbaşa təyyarənin mühərrikinə tərəf qaçdığı vurğulanıb.

Uçuş zolağına girərkən qışqırdığı deyilən zərərçəkmişi bir polis əməkdaşı ilə hava limanı işçisinin tutmağa çalışdığı, daha sonra kişinin yumruqları ilə sinəsinə vurmağa başladığı və digər təyyarəyə tərəf çevrildiyi və hadisənin də elə bu zaman baş verdiyi bildirilir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə