Keçmiş nəqliyyat naziri istefa verdikdən sonra özünü güllələyib...

Rusiyanın keçmiş qubernatoru onun əleyhinə ifadə verib...

Rusiyanın keçmiş nəqliyyat naziri Roman Starovoit Odintsovoda (Rusiya Federasiyasının Moskva vilayəti-A.B.) özünü güllələyib.

SİA-xəbər verir ki, bu barədə təhlükəsizlik qüvvələrinə yaxın olan SHOT və 112 Telegram kanalları məlumat yayıb.

Roman Starovoit iyulun 7-də nazir vəzifəsindən azad edilib. Onun yerini müvəqqəti olaraq Novqorod vilayətinin keçmiş qubernatoru Andrey Nikitin tutub.

Putin bu qərarı verib.

112-dəki mənbənin sözlərinə görə, “bir müddət əvvəl bölgədə istehkamların tikintisi zamanı mənimsəməyə görə həbs edilmiş keçmiş Kursk vilayətinin qubernatoru Aleksey Smirnov Roman Starovoit əleyhinə ifadə verib”.

Starovoit işdən çıxarılıb və bundan sonra o, Moskva vilayətindəki evində intihar edib.

Roman Sarovoit də əvvəllər Kursk vilayətinə rəhbərlik edib, Smirnov ondan sonra regionda yüksək vəzifəyə gəlib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə