Rio-de-Janeyroda keçirilən BRİKS sammitində çıxış edən Braziliya prezidenti Luiz İnasio Lula da Silva Ukraynadakı münaqişəyə son qoymaq üçün təcili olaraq dialoqu dərinləşdirməyə çağırıb.
SİA-xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Da Silva deyib ki, Ukraynadakı münaqişədə iştirak edən tərəflər üçün atəşkəs və davamlı sülh naminə dialoqun dərinləşdirilməsi vacibdir.
O qeyd edib ki, Çin və Braziliyanın daxil olduğu “Sülh Dostları” qrupu Ukraynadakı münaqişəyə son qoymağın mümkün yollarını axtarır.
Da Silva Putinin BRİKS sammiti iştirakçılarına virtual müraciətini də açıqlayıb
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə