ABŞ-ın Ohayo ştatında “Cessna 441” yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində ikisi ekipaj üzvü olmaqla, 6 nəfər həlak olub. SİA xəbər verir ki, bu barədə “Fox 8” telekanalı məlumat yayıb.
Qeyd olunub ki, Montana ştatının Bozmen şəhərinə uçan təyyarə havaya qalxdıqdan 7 dəqiqə sonra qəzaya uğrayıb. Hadisə Nəqliyyatda Təhlükəsizlik üzrə Milli Şura (NTSB) və ABŞ Federal Mülki Aviasiya İdarəsi (FAA) tərəfindən araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə