“Bu halda sanksiyaları ləğv edəcəyəm” - Tramp

“Sanksiyalar hələ də qüvvədədir. Amma üzərlərinə düşəni edib sülhpərvər olsalar və bizimlə əməkdaşlıq etsələr, sanksiyaları ləğv edəcəyəm”. SİA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp İrana qarşı sanksiyaların ləğv edilib-edilməyəcəyi ilə bağlı suala cavabında deyib. Tramp, həmçinin İsrailin İrana hücumları ilə başlayan qarşıdurmalarda hər iki tərəfin çox yorulduğunu və ABŞ-nin İrana hava hücumlarının uğurla nəticələndiyini bildirib. ABŞ lideri İranın hücumlardan əvvəl zənginləşdirilmiş uranı başqa yerə daşıdığına dair iddiaları da rədd edib: “Onlar yaşamaq üçün özlərindən başqa heç nəyi tərpətmədilər. Etdiyimizin də nə qədər mümkün ola biləcəyini düşünmürdülər”.

Bütün xəbərlər Facebook səhifəmizdə