ABŞ prezidenti Donald Tramp faktiki olaraq İranın gizli nüvə obyektinə malik olduğunu etiraf edib.
...Biz bilirdik ki, İranın çoxlu nüvə obyekti var, yəqin ki, üç əsas və bir...
SİA-nın məlumatına görə, o, bunu Fox News-a deyib.
Eyni zamanda, Amerika lideri inanmır ki, Tehran ABŞ-ın zərbələrinə başlamazdan əvvəl zənginləşdirilmiş uranı nüvə obyektlərindən çıxara bilib.
...Xeyr. Əvvəla, bunu etmək çox çətindir. Bu, çox təhlükəlidir. Bundan başqa, heç kəs Fordo obyektini vuracağımızı düşünmürdü, çünki hamı onun keçilməz olduğunu deyirdi. Məncə, obyektdə insanlar var idi, deyirlər, orada maşınlar var. Bu adamlar bombanın düşəcəyi ehtimalı yüksək olan girişi betonlamağa çalışırdılar, - o əlavə edib.
Bundan əvvəl CNN və The New York Times öz mənbələrinə istinadən xəbər vermişdilər ki, ABŞ kəşfiyyat ictimaiyyəti və bəzi İsrail rəsmiləri ABŞ-ın İrana zərbələrinin Tehranın nüvə proqramının əsas komponentlərini məhv etmədiyini və İranın hələ də kiçik, gizli uranın zənginləşdirilməsi obyektlərinə malik ola biləcəyini düşünür.
Ağ Ev bu hesablamaların yanlış olduğunu bildirib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə