Rusiya müharibənin 1222-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. SİA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
"Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 663 təyyarəsi, 283 helikopteri, 66 160 PUA-sı, 612 zenit-raket kompleksi, 24 079 tank və digər zirehli texnikası, 1 572 reaktiv yaylım atəş sistemi, 26 765 artilleriya və minaatanı, 37 447 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə