ABŞ Rusiyaya qarşı bu sanksiyanı ləğv etdi

ABŞ “Rosatom” layihəsi çərçivəsində Macarıstanda Paks-2 AES-in tikintisinə mane olan Rusiyaya qarşı sanksiyaları ləğv edib. SİA xəbər verir ki, bunu Macarıstan xarici işlər naziri Peter Siyarto deyib. O xatırladıb ki, 2024-cü ilin noyabrında ABŞ-ın o vaxtkı prezidenti Co Baydenin administrasiyası Paks-2 atom elektrik stansiyası layihəsini maliyyələşdirən “Qazprombank”a qarşı sanksiyalar tətbiq etmişdi: "Xoşbəxtlikdən, yanvar ayından Macarıstanı dost kimi görən prezident Donald Tramp Vaşinqtonda Ağ Evdədir. Buna əsaslanaraq ABŞ hökuməti Paks AES-ə qoyulan investisiyalara qarşı sanksiyaları ləğv etdi".

Bütün xəbərlər Facebook səhifəmizdə