Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyinin (Minpromtorg) mətbuat xidməti xəbər verir ki, Rusiyada “Aurus” brendi altında geyim satışına başlanılacaq.
Qadın və kişi kolleksiyalarının xətləri artıq hazırlanıb və brendin tanıtım strategiyasına uyğun olaraq satışa çıxarılacaq.
SİA-nın məlumatına görə, geyim 2024-cü ilin payızında xüsusi olaraq “Aurus” brendi altında geyimlərin hazırlanması, istehsalı və satışı üçün yaradılmış “Aurus Cashmere” şirkəti tərəfindən istehsal olunacaq.
Geyimlərin istehsalında şirkətin yüksək keyfiyyət standartlarına sadiqliyini nümayiş etdirən premium monqol kaşmirindən istifadə olunacaq.
“Aurus Cashmere” tərəfdaş ölkələrlə də beynəlxalq əməkdaşlığı inkişaf etdirir.
2024-cü ilin sonunda Monqolustanın “Blue Sky Cashmere” şirkəti Rusiya şirkəti ilə kaşmir emalı layihələrinin həyata keçirilməsinə və Rusiya eləcə də Avrasiya İqtisadi İttifaqı ölkələrinin bazarına iplik və parçaların tədarükünə yönəlmiş müqavilə imzalayıb. Hazırda “Aurus” brendi altında lüks avtomobillər, kondisioner avadanlığı və qablaşdırılmış su istehsal olunur.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə