Son iki gündə Suriyanın Livanla sərhəd bölgələrində keçirilən əməliyyatlar nəticəsində 3 milyon yarım kaptaqon həbi və külli miqdarda həşiş ələ keçirilib. SİA Suriyanın SANA xəbər agentliyinə istinadla bildirir ki, Suriyanın Daxili İşlər Nazirliyi iyunun 27-də əl-Cəracir sərhəd bölgəsində təxminən 3 milyon kaptaqon həbinin və 50 kiloqram həşişin müsadirə edilməsi barədə məlumat yayıb.
İyunun 28-də isə Livanla sərhəd olan Nəbək bölgəsində 500 min kaptaqon həbi, 500 həşiş bağlaması və 165 kiloqram marixuana müsadirə edilib. Qeyd edilir ki, narkotik vasitələr yük maşınında ölkəyə daxil olub. Suriya DİN bu işlə əlaqədar iki nəfərin saxlandığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə