Beş minədək ukraynalı dindar Vatikana toplaşıb

Ukraynadan və digər ölkələrdən olan təxminən 5 min ukraynalı dindar Vatikanda toplaşıb.

SİA xəbər verir ki, Yunan-Katolik Kilsəsinin üzvü olan dindarlar Müqəddəs Pyotr Kilsəsinin müqəddəs qapısından keçib, Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo ilə görüşüblər.

Papa Leo ukraynalı dindarlara müraciətində müharibə qurbanlarının ailələrinə və yaxınlarına başsağlığı verib, mənasız müharibənin ağrısını paylaşdığını bildirib, sülh və əmin-amanlıq arzulayıb.

Ukraynalı dindarların səfəri Vatikanda qeyd olunan Müqəddəs Yubiley İli çərçivəsində baş tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə