Paşinyanın kilsə ilə qarşıdurması izah edilib...

Ermənistan hakimiyyəti ilə Erməni Apostol Kilsəsi arasında ictimai münaqişə baş nazir Nikol Paşinyanın mövqelərinin zəifləməsi ilə bağlıdır.

SİA-nın məlumatına görə, RİA Novosti xəbər verir ki, bu barədə İtaliyanın Ermənistandakı keçmiş səfiri Bruno Skapini məlumat verib.

...Ermənistan hakimiyyəti ilə Apostol kilsəsi arasında mövcud münasibətlərin problemli tərəfləri, fikrimcə, Nikol Paşinyan hakimiyyətinin avtokratik gedişindən sonra onun yaratdığı sosial gərginliyin artması kontekstində nəzərdən keçirilməlidir, - deyə keçmiş diplomat bildirib.

Şipani həmçinin qeyd edib ki, hökumət əleyhinə əhval-ruhiyyənin yaranmasının səbəbləri Dağlıq Qarabağ Respublikasının ləğvi, Azərbaycan və Türkiyə ilə münasibətlərin yaxşılaşması və Rusiya ilə pisləşməsidir. Nikol Paşinyanın Erməni Apostol Kilsəsi ilə ictimai qarşıdurması may ayında başlayıb.

İyun ayında dövlət çevrilişinə cəhddə və dini qurum daxilində korrupsiyada ittiham olunan din xadimlərinin həbsləri başlayıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə