Iyulun 1-dən Avstriyanın Burgenland federal əyaləti qaçqınlar üçün məcburi ictimai işlər haqqında qayda tətbiq edəcək.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, sığınacaq axtaranlar, məsələn, parklara baxmaq, qocalar evlərində köməklik etmək və ya təmizlik işləri aparmalı olacaqlar.
Qeyd olunur ki, saatlıq tarif 1,6 avrodur və iki dəfə üzrlü səbəb olmadan iştirakdan imtina etmək ciddi nəticələrə səbəb olacaq.
Bu halda, Burgenlandın Sosial İşlər Naziri Daniela Vinklerin izah etdiyi kimi, insan əsas yardımı itirmək riski altındadır - mənzil əvəzinə yatmaq üçün sadə yer, tibbi sığorta yoxdur, yalnız minimal qida və əsas müalicə...
O əlavə edib ki, davamlı olaraq dövlətdən dəstək alan şəxs həm də məsuliyyət daşımalı, cəmiyyətə nəsə qaytarmalıdır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə