Pakistanda partlayış nəticəsində azı 13 nəfər həlak olub

Pakistanın şimal-qərbində yerləşən Hayber-Paxtunxva əyalətində terrorçu-kamikadze tərəfindən törədilən partlayış nəticəsində azı 13 nəfər həlak olub, 29 nəfər yaralanıb. SİA xəbər verir ki, bu barədə “Аgence France-Presse” məlumat yayıb.

"Terrorçu-kamikadze partlayıcı maddələrlə dolu avtomobillə əsgərlərin kolonasına girib", - administrasiya nümayəndəsi agentliyə bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə