Odessanın atəşə tutulması nəticəsində 2 nəfər ölüb, təxminən 10 nəfər yaralanıb

Ukraynanın Odessa şəhərinin Rusiya tərəfindən gecə saatlarında atəşə tutulması nəticəsində 2 nəfər həlak olub, daha 9 nəfər yaralanıb. SİA xəbər verir ki, bu barədə “RBK-Ukraina” Ukrayna polisinin məlumatına istinadən məlumat yayıb.

Həmçinin qeyd olunub ki, yaralananlar arasında uşaqlar da var.

"Yaşayış evləri, digər mülki infrastruktur və avtomobillər zərər görüb. Bütün yanğınlar söndürülüb. Hazırda doqquz nəfərin yaralandığı məlumdur, onların arasında 3 və 7 yaşlı iki uşaq var", - məlumatda qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə