Donetskdə müdafiə dağılır

Rusiya ordusu Donetsk vilayətinin qərb hissəsində Şevçenko, Burlatskoye və Svobodnoye Pole məntəqələri ərazisində əhəmiyyətli irəliləyiş əldə edib. SİA xəbər verir ki, bu barədə Ukraynanın “DeepState” monitorinq layihəsi məlumat yayıb. "Keçmiş "Uqledar" taktiki qrupunun ərazisində müdafiə sürətlə dağılmağa davam edir və düşmən əhəmiyyətli uğurlar əldə edir. Düşmən Alekseyevkadan başlayaraq Zelenoye Pole məntəqəsinə qədər çox sayda piyada qoşununu cəlb edərək daima hücum əməliyyatları həyata keçirir", - məlumatda qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə