ABŞ Milli Kəşfiyyatı: İranın nüvə obyektləri dağıdılıb

Amerika silahlı qüvvələri İranın nüvə obyektlərini məhv edib və onların mümkün bərpası illər çəkə bilər. SİA xəbər verir ki, bunu ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard X sosial hesabında bildirib.

"Yeni kəşfiyyat məlumatları prezidentin dəfələrlə dediklərini təsdiqləyir: İranın nüvə obyektləri dağıdılıb. Əgər iranlılar onları yenidən inşa etsələr, bu, çox güman ki, illər çəkəcək", - deyə o yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə