ABŞ Prezidenti Donald Tramp "CNN" telekanalını ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi zərbələrin uğursuz olduğu barədə süjet hazırlayan Nataşa Bertranı işdən çıxarmağa çağırıb. SİA xəbər verir ki, bu barədə ABŞ lideri “Truth Social” sosial şəbəkə hesabında paylaşım edib:

"Mən onun üç gün ərzində saxta xəbərlərlə məşğul olduğunu müşahidə etdim. Ona dərhal töhmət verilməlidir, sonra isə "iti qovan kimi" qovmaq lazımdır".

Tramp iddia edib ki, jurnalist ABŞ pilotlarını pis göstərməyə çalışaraq nüvə obyektləri haqqında yalan danışıb.

Ağ Ev rəhbərinin sözlərinə görə, halbuki pilotlar əla iş görərək "qızıl damara" düşməyi bacarıb və nüvə obyektini tam məhv ediblər.

"Ona CNN-də işləməyə icazə verilməməlidir. Məhz onun kimi insanlar bir zamanlar böyük olan bir kanalın nüfuzunu yerlə bir ediblər", - Tramp vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə