Tatarıstan ərazisi üzərində 4 PUA məhv edilib, itki və dağıntı olmayıb. SİA xəbər verir ki, bu barədə Tatarıstan rəhbərinin mətbuat xidməti məlumat yayıb. "Bu gün, iyunun 24-də Tatarıstan Respublikasının ərazisi Ukraynadan PUA-ların hücumuna məruz qalıb. Hava hücumundan müdafiə sistemləri düşmənin 4 pilotsuz uçuş aparatını məhv edib. Sakinlər arasında itki yoxdur. Dağıntı və ya maddi ziyan qeydə alınmayıb", - məlumatda deyilir.
Bütün xəbərlər Facebook səhifəmizdə