Ukraynanın müdafiə sənayesi il ərzində 8 milyon PUA istehsal edə bilər - Zelenski

“Ukraynanın müdafiə sənayesi il ərzində 8 milyon PUA istehsal edə bilər, lakin bunun üçün maliyyə vəsaiti çatmır”. SİA “RBK-Ukrayna”ya istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Haaqada keçirilən Müdafiə Sənayesi Forumunda söyləyib.

“Bizim müdafiə istehsalı potensialımız 35 milyard dolları keçir. Bu artilleriyadan tutmuş qabaqcıl PUA-lar, müasir döyüş üsullarına və raket texnologiyalarına qədər təxminən 1000 müxtəlif hərbi vasitəni əhatə edir”, - deyə dövlət başçısı qeyd edib.

Zelenskinin sözlərinə görə, bütün bu potensialın təxminən 40%-i lazımi maliyyə ilə təmin olunmur: “Bu isə ciddi problemdir. Məsələn, biz ildə təxminən 8 milyon müxtəlif növ dron istehsal edə bilərik, lakin bizim maliyyəmizlə çox az istehsal edə bilirik”, - deyə Zelenski söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə