Ukrayna hüquq-mühafizə orqanları Prezident Volodimir Zelenskaya qarşı növbəti sui-qəsd cəhdinin qarşısını alıblar. Bu cəhdi Polşa vətəndaşı olan hərbi təqaüdçü hazırlayıb. SİA “RBK-Ukrayna”ya istinadla xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyuk jurnalistlərə açıqlamasında bildirib.
Malyukun sözlərinə görə, ruslar illər əvvəl sovet ideyalarına sədaqətlə inanan Polşadan olan hərbi təqaüdçünü ələ alıblar və indi onu “aktivləşdiriblər”.
“Tapşırıq Prezident Zelenskinin Jeşuv hava limanında fiziki cəhətdən aradan götürülməsi idi. Bir neçə variant nəzərdən keçirilirdi. Onlardan biri FPV dron, digəri isə snayper kompleksi idi”, – deyə SBU rəhbəri bildirib.
Lakin sui-qəsd cəhdinin qarşısı Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları və Polşanın Daxili Təhlükəsizlik Agentliyinin əməkdaşları tərəfindən birgə alınıb.
Malyuk polşalı hüquq-mühafizəçilərin peşəkarlığını xüsusi vurğulayıb. O, həmçinin xatırladıb ki, ötən il Ukrayna Təhlükəsizlik Xidməti Prezident Zelenskiyə qarşı sui-qəsd hazırlayan Dövlət Mühafizə İdarəsinin polkovniklərini saxlayıb. Onlar Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) 5-ci xidməti ilə əməkdaşlıq edirmişlər.
“Onlar öz cinayət planlarına uyğun olaraq adamlar axtarır və bunu (sui-qəsdi – red.) onun (prezidentin – red.) Ukrayna Prezident Ofisinin ərazisinə daxil olduğu anda həyata keçirməyi planlaşdırırdılar”, – deyə Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri əlavə edib.
Həmin dövrdə Ukrayna Təhlükəsizlik Xidmətinin 5-ci xidmətinə general-leytenant Sergey Beseda rəhbərlik edirdi.
“Əməliyyat çox çətin keçdi. Biz bu işlə, əslində müharibənin başlanğıcından bəri, demək olar ki, iki il məşğul olmuşuq. Həmin qrupa agentimiz daxil olub. Onlar təkcə Prezidentə qarşı sui-qəsd yox, həm də məlumat toplayır, ötürür, eləcə də mənim həmkarım Kirill Alekseyeviç Budanovun (Ukrayna Hərbi Kəşfiyyat Baş İdarəsinin rəhbəri – red.) və şəxsən mənim fiziki məhvimi planlaşdırırdılar”, – deyə Malyuk vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə