Rusiya Avropada yeni hərbi əməliyyatlar hazırlayır - Zelenski

Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiya Avropada yeni hərbi əməliyyatlar hazırlayır. SİA xəbər verir ki. bu barədə Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib.

“Biz Rusiya rəhbərliyinin növbəti psixi deqradasiyasını qeydə alırıq və onların Avropada yeni hərbi əməliyyatlar hazırladığına dair sübutlarımız var”, - o deyib.

Zelenski həmçinin qeyd edib ki, sanksiyalar Rusiya iqtisadiyyatına ciddi ziyan vurur.

Ukrayna prezidentinin sözlərinə görə, bu, beynəlxalq təzyiqin artırılması strategiyasının düzgünlüyünü təsdiqləyir.

Zelenski vurğulayıb ki, Ukrayna kəşfiyyat vasitəsilə əldə etdiyi faktlar barədə tərəfdaşlarını məlumatlandıracaq və artıq Böyük Britaniya və Avropa İttifaqı ilə Avropanın müdafiəsini gücləndirmək üçün birgə qərarlar hazırlayır.

Bütün xəbərlər Facebook səhifəmizdə