Böyük Britaniya vətəndaşlarını İsraildən çıxarır

Böyük Britaniya hökuməti İsraildən çıxmaq istəyən britaniyalılar üçün çarter reysi təşkil edir. SİA BBC-yə istinadla xəbər verir ki, Britaniya vətəndaşlarına onlayn forma vasitəsilə uçuşla bağlı maraqlarını bildirmək tövsiyə olunub. Bu qərar ABŞ-ın İranın nüvə obyektlərinə zərbələr endirməsi və İsrail-İran arasında gərginliyin artması fonunda elan edilib. İsrail hava məkanı 13 iyun tarixində bağlanıb.

Xarici İşlər Nazirliyindən bildirilib ki, əlavə uçuşlar təhlükəsizlik vəziyyəti və tələb əsasında nəzərdən keçiriləcək. Regionda vəziyyətin tez-tez dəyişməsi səbəbindən uçuş imkanları qısa müddətdə dəyişə bilər. Britaniya vətəndaşları və onlarla birlikdə səyahət edən qeyri-britaniyalı ailə üzvləri bu xüsusi reys üçün müraciət edə bilərlər. Tel-Əvivdən planlaşdırılan uçuşda yerlər ehtiyac dərəcəsinə uyğun olaraq ayrılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə