Vens İranla müharibə vəziyyətindən danışır..?

...ABŞ İranla deyil, nüvə proqramı ilə müharibə aparır.

SİA-nın məlumatına görə, bu barədə ABŞ-ın vitse-prezidenti J.D.Vens NBC News-a müsahibəsində bildirib.

...Biz İranla müharibə aparmırıq. Biz İranın nüvə proqramı ilə mübarizə aparırıq, - siyasətçi vurğulayıb.

Vens iyunun 22-nə keçən gecə ABŞ Hərbi Hava Qüvvələrinin İranın nüvə obyektlərinə zərbələr endirməsini şərh edib və Tehranın nüvə silahı hazırlamaq planlarında “əhəmiyyətli ləngimə” olduğunu bildirib.
Onun sözlərinə görə, Vaşinqton İranın nüvə proqramını "əhəmiyyətli dərəcədə geri çəkib".

ABŞ vitse-prezidenti həmçinin İrana zərbə endirməsini ABŞ-ın “bacarıqlı” prezidentin əlindəki hərbi gücünün sübutu adlandırıb.

O, əməliyyatda iştirak edən pilotlara heyran olub və bunu qeyri-adi adlandırıb.

Bundan əvvəl ABŞ-ın müdafiə naziri Pit Heqset İrana zərbələrin məqsədi barədə danışıb.

O əlavə edib ki, bu, ABŞ-ın milli təhlükəsizliyinə təhdidləri aradan qaldırmaq üçün nəzərdə tutulmuş “yüksək dəqiqlikli əməliyyatdır”.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə