İranın xarici işlər naziri sabah Putinlə və rusiyalı həmkarı ilə görüşəcək

İranın xarici işlər naziri Abbas Əraqçi sabah Rusiyaya səfər edəcək. SİA xəbər verir ki, bunu Abbas Əraqçi Türkiyənin İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyası çərçivəsində keçirilən toplantıdan sonra təşkil edilən mətbuat konfransında bildirib.

Rusiyanın İranın dostu, strateji müttəfiqi olduğunu vurğulayan nazir bildirib ki, sabah Prezident Vladimir Putinlə və rusiyalı həmkarı ilə görüşəcək. Nazir Rusiyanın ABŞ-nin hücumlarını qınadığını da vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə