İran İsrailin Hayfa liman şəhərinə raketlərlə hücum edib. SİA xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) öz teleqram kanalında məlumat verib. “İsrail Daxili İşlər Nazirliyinin binasına hücum edilib”, - deyə məlumatda bildirilir. SEPAH-ın məlumatına görə, zərbə İsrailin Tehrandakı təhlükəsizlik obyektinə hücumuna cavab olaraq həyata keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə