Türkiyə regionda gərginlik fonunda dövlət sərhədinin mühafizəsinə dair tədbirləri gücləndirib - Türkiyə MN

Türkiyə İran və İsrail arasında gərginliyin artması fonunda hava məkanının qorunması da daxil olmaqla dövlət sərhədində təhlükəsizlik tədbirlərini gücləndirib. SİA bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadla xəbər verir.

Türkiyə Müdafiə Nazirliyi tərəfləri regionda qarşıdurmanın miqyasını genişləndirən addımlardan çəkinməyə çağırıb. Eyni zamanda, Müdafiə Nazirliyi ölkənin hava məkanının pozulması ilə bağlı iddiaları təkzib edib.

“Türkiyənin çoxsəviyyəli hava hücumundan müdafiə sistemi var. Türkiyə Hərbi Hava Qüvvələri hava məkanının pozulması ilə bağlı hər hansı insidentin qarşısını almaq üçün reydlər keçirir”, - deyə nazirlik əmin edib.

Nazirlik onu da bildirib ki, regionda vəziyyətin gərginləşməsi ilə əlaqədar qeyri-qanuni sərhəd keçidlərinin sayında artım müşahidə olunmayıb. “Türkiyə Silahlı Qüvvələri qeyri-qanuni miqrasiyanın qarşısının alınması üçün tədbirləri gücləndirir”, - deyə Türkiyə Müdafiə Nazirliyi bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə