İran televiziya və radiosu İsrailin kiberhücumuna məruz qalıb. SİA xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb. Bildirilir ki, bununla əlaqədar olaraq ölkə əhalisinə xəbərdarlıq edilib: "Müxtəlif televiziya kanallarına baxarkən müdaxilə və ya uyğun olmayan mesajlar görürsünüzsə, bu, düşmənin peyk dalğalarına müdaxiləsi ilə bağlıdır". Qeyd edək ki, kiberhücumdan sonra televiziya kanallarında rejimə qarşı ayağa qalxmağa çağırışlar yer alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə