Zelenski Qərbdən illik 40 milyard dollar maliyyə istəyib

Sabitliyimiz üçün Ukraynaya illik 40 milyard dollar büdcə dəstəyinin verilməsi vacibdir”. SİA xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski "G7” liderlərinin xüsusi iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, vəsaitin ayrılması üçün "G7” liderlərinin, o cümlədən ABŞ-nin ümumi qərarı olmalıdır. Bundan əlavə, Zelenski hava hücumundan müdafiə sistemlərinin tədarükü üçün də maliyyə ayrılmasını istəyib. Ukrayna lideri əlavə edib ki, ABŞ Rusiyaya kifayət qədər təzyiq göstərməməsinə baxmayaraq, hələ də geniş qlobal maraqlara və ən çox müttəfiqə malikdir: "Biz hamımız birlikdə ən yüksək səviyyədə koordinasiya ilə işləməyə davam etməliyik. Təkcə siyasi və diplomatik deyil, həm də texnoloji və investisiyalar vasitəsilə. Ukraynada silah istehsalının artırılması nəticə əldə etməyin ən sürətli yoludur”.

Bütün xəbərlər Facebook səhifəmizdə