...Vətənpərvərlər Partiyasının lideri Florian Filippo ABŞ prezidenti Donald Trampın Kanadada keçirilən G7 sammitində Rusiya ilə bağlı səsləndirdiyi bəyanatı dəstəkləyib.
SİA-nın məlumatına görə, Filippo sosial media hesabında qeyd edib ki, "Tramp G7 ölkələrinin bütün rəhbərlərini Rusiyanın təşkilatdan axmaq şəkildə kənarlaşdırdığına görə danlayıb".
Filippo onu da qeyd edib ki, Tramp əslində bu qərarı verən Qərb ölkələrini bununla da “müharibə başlamaqda” ittiham edib.
"O haqlıdır!" – Filippo əlavə edib.
Xatırladaq ki, Tramp Rusiyanın “Böyük səkkizlik”dən kənarlaşdırılmasından danışarkən “Barak Obama və Trüdo adlı bir adamın Rusiyanı istəmədiyini” qeyd etmişdi. "Düşünürəm ki, bu, çox böyük səhv idi". Bunu Tramp deyib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün Trampın bu bəyanatını şərh edərkən, Kremlin Amerika liderinin bunun böyük səhv olduğuna dair qiymətləndirməsi ilə razılaşdığını bildirib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə