Təl-Əvivdə çimərlikdə israillilər İran raketlərindən belə qaçırlar

İranın raketlərindən qorxan israillilər siren və həyəcan siqnalları eşidib sahildən qaçıblar. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İrandan atılan raketlər Təl-Əviv səmasında görünməyə başlayanda şəhər çimərliklərində çaxnaşma yaranıb. Dənizdə günəş vannası qəbul edən və çimən israillilər siren səslərini eşitdikdən sonra böyük qorxu içində sahili tərk ediblər.

Sosial şəbəkələrdə paylaşılan görüntülərdə insanların qışqıra-qışqıra qaçdığı, çimərlik əşyalarını qoyub sığınacaq axtardığı görülüb. Bəzi vətəndaşlar sahildəki xilasedici qüllələrə və kafelərə sığınmağa çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə