Rusiya paytaxtının şimalında sərxoş şəxs atəş açıb. Yoldan keçənlərdən xəsarət alan olmayıb.
Video “Ehtiyatlı ol, Moskva” Telegram kanalında yayımlanıb.
Videoda “On Dmitrovskoe Shosse 169” yaşayış kompleksinin həyətində dayanan bir qrup gənc əks olunub. Birdən onlardan biri silaha oxşayan əşyanı çıxarıb havaya atəş açır.
...Küçədə onların yanından keçdim. Atıcı çox sərxoş idi və hamıya özünü göstərirdi. Sonra pəncərədən buna baxdım: qışqırdı ki, filan çavuşdur və sairə...
SİA-nın məlumatına görə, bunu şahid izah edib.
Daha əvvəl bildirilib ki, məhkəmə 40 yaşlı Viktor Çivilevi paytaxtın Vostoçnoye Dequnino rayonundakı uşaq meydançasında öz mənzilindən insanlara atəş açmaqda təqsirli bilib. İstintaqla müəyyən edilib ki, şəhər sakini sərxoş halda küçədəki binalardan birinin 4-cü mərtəbəsində yerləşən mənzilinin pəncərəsindən pnevmatik tapançadan atəş açıb.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə